Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31590
az

Nazirin qatıldığı videokonfransda Azərbaycanın adı səhv yazılıb? — AÇIQLAMA

23:2819 May, 2020
638
CƏMİYYƏT
  • A

Səhiyyə Naziri Oqtay Şirəliyevin çıxışı zamanı qarşısına qoyulan lövhəcikdə “Azərbaycan” sözünün yazılışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Oxu24.com-un Oxu.az-a istinadən xəbərinə görə, sosial şəbəkələrdə yayılan məsələyə Səhiyyə Nazirliyi tərəfindən aydınlıq gətirilib.

Nazirlikdən bildirilib ki, ölkənin adının yazılışında səhv yoxdur:

 

“Ümumdünya Səhiyyə Assambleyasının rəsmi dili fransızcadır. Buna görə də bütün rəsmi yazışmalar və ölkələrin adları da fransız dilində qeyd olunur. “Azərbaycan” sözü də bu dildə olduğu kimi yazılıb”.

Xatırladaq ki, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev pandemiya ilə əlaqədar Ümumdünya Səhiyyə Assambleyasının videokonfransında çıxış edib. Nazir çıxışında Azərbaycanda pandemiyanın səbəb olduğu vəziyyətdən danışıb. Bu zaman onun qarşısında qoyulan kiçik lövhəcikdə “Azərbaycan” sözünün düzgün yazılmaması diqqət çəkib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı