Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31557
az

SON DƏQİQƏ! Bu yol açıldı

19:1319 May, 2020
554
CƏMİYYƏT
  • A

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində “20 Yanvar” dairəsi ətrafında aparılan təmir-tikinti işləri yekunlaşdırılıb.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  Oxu24.com-a bildirilib ki, aparılan yenidənqurma işləri çəçivəsində “20 Yanvar” metrostansiyanın Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsində olan çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək “oval” formaya salınıb.

Layihə çərçivəsində “20 Yanvar” dairəsinə gələn və çıxan yollarda da genişləndirmə və təmir işləri aparılıb. Belə ki, dairədən Moskva prospektinin əsas yoluna doğru və əks istiqamətdə yolun hərəkət hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Bundan başqa aparılan təmir-tikinti işləri zamanı Müzəffər Həsənov küçəsinin “20 Yanvar” dairəsindən Abbas mirzə Şərifzadə küçəsinə qədər olan hissəsi əsası şəkildə təmir edilib. Təmir işləri zamanı asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılb, əks-dolğu işləri görülüb və yeni yol əsası inşa edilib və küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

REKLAM

mazda.az

Читать дальше

Anoloji təmir-tikinti işləri Həsən bəy Zərdabi küçəsinin “20 Yanvar” dairəsi - Heydər Hüseynov küçəsi arasında yerləşən hissəsində, həmçinin Ziya Bünyadov prospektinin “20 Yanvar” dairəsindən giriş hbissəsində də aparılaraq yekunlaşdırılıb. Artıq sözügedən hissədə aparılan təmir işləri səbəbindən hissə-hissə məhdudlaşdırılan hərəkət tam olaraq bərpa edilib.

Ümumilikdə “20 yanvar” dairəsi və dairə ətrafı yollarda aparılan təmir-tikinti işləri zamanı 4 min kub.metr əks-dolğu işləri görülüb, 19 min kv.m-ə yaxın sahəyə asfalt-beton örtüyünün alt layı, 39 min kv.m-ə yaxın sahəyə isə örtüyün üst layı döşənib, 4 yağış barmaqlığı və 37 kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətində də müəyyən dəyişiklik edilib. Belə ki, Müzəffər Həsənov küçəsindən birbaşa olaraq “20 Yanvar” dairəsinə giriş məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin axını Həsən bəy Zərdabi küçəsinə yönəldilib. Artıq sözügedən küçədə təkmilləşdirilmiş geridönmə hissədən istifadə olunmaqla dairəyə doğru hərəkət etmək mümkündür. Bu addımın atılmasında məqsəd dairədə yaranan və ləngimələrə səbəb olan konflikt nöqtələrin sayını azaltmaqdır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi