Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31543
az

Müəllimlərin DİQQƏTİNƏ: Təhsil Nazirliyi mühüm QƏRARI AÇIQLADI

13:4819 May, 2020
774
REDAKTORUN SEÇİMİ
  • A

Təhsil Nazirliyi "Virtual məktəb" (www.virtual.edu.az) portalında qeydiyyatdan keçməyən və şagirdlərə onlayn dərslər keçməyən müəllimlərə əməkhaqlarının verilməyəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.


Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov Trend-ə açıqlamasında bu məlumatın düzgün olmadığını söyləyib:

"Müəllimin portalda (www.virtual.edu.az) qeydiyyatdan keçməsi ilə onun əməkhaqqısı arasında heç bir əlaqə yoxdur. Bu portal müəllim və şagirdlər üçün yaradılan əlavə imkandır. Əgər müəllim dağ kəndində yaşayırsa, onun kompüter və interneti yoxdursa, o, dərslərə necə qoşula bilər?! Biz buna görə müəllimlərin əməkhaqlarını kəsə bilmərik. Bu məsələ müzakirə mövzusu da deyil".

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırıldığından Təhsil Nazirliyi tərəfindən aprelin 2-dən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Nazirliyin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. Portalda qeydiyyatdan keçən müəllimlər şagirdlərinə onlayn dərslər də keçə bilirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hava ilə bağlı AÇIQLAMA
Ağadadaş Ağayevin balta atdığı gözətçi danışdı - Sensasion iddialar, şok gerçəklər! - VİDEO
XƏBƏRDARLIQ! Bu saatlarda maqnit qasırğası güclənəcək

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi