ilin ilk Ay tutulması olacaq
13 Mart 2025, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
450
19.05.2020, 12:05
“2012-ci ildən Vilyam Hacıyevin mənə 400 min manat verəcəyi var”.
Publika.az xəbər verir ki, bunu oxu.az-a “Neftçi”nin sabiq oyunçusu, futbol veteranı, Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti Maşallah Əhmədov deyib.
O, mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ona olan borcundan danışıb:
“Mən və Müqayis Verdiyev (“Azər-İnşaat-2009” MMC-nin direktoru – S.M.) 2012-ci ildə İmişlidə sahibkar kimi abadlıq işlərinə cəlb olunmuşuq. Bütün bu işlər Nazirlər Kabinetinin Sərəncamı ilə həyata keçirilib. Orada sıfırdan başlayıb Müqayislə birgə işlər görmüşük. Amma Vilyam Hacıyevin dələduzluğu sayəsində pulumuzu tam ala bilmədik.
Mənə dedi ki, gəl sənə 50 min manat verim, qalanlarını da hissə-hissə verərəm, amma izahat yaz ki, daha borcum yoxdur. Şirin dilə tutdu məni. Mən də Vilyamın bu sözlərinə inandım. 2013-cü ilin fevralın 23-də mənə İmişlidə gördüyümüz abadlıq işinin nəticəsi olaraq 50 min manat verdi. Həmçinin Müqayisə də bu yolla pul verdi.
Onun I müavini Səfa Ağayev mənə izahat yazdırdı ki, Vilyam Hacıyevin bizə heç bir borcu yoxdur. Özüm inanıb yazdım. İnanmadım ki, o bu qədər pulu danar. Sonra da həmin pulu vermədi. Pulumuzu istəyəndə də bizi həbs etdirdilər. Həmin sənədi də qarşımıza fakt kimi qoydular ki, burada İmişli Rayon İcra Hakimiyyətinin bizə borclu olmadığını göstərmisiniz.
Sonra polisə tapşırıq vermişdi ki, İmişliyə gəlsəm, məni tutsunlar. Öz pulumla məni tutdurdu”.
Həmçinin oxuyun
M.Əhmədov ona və şərikinə olan borcun məbləğini açıqlayıb:
“Hazırda onun 400 min manat mənə, 857 min manat Müqayis Verdiyevə borcu var. İkimiz də İmişlidə abadlıq işlərində iştirak etmişik. Müqayis İmişlidə 86 metr uzunluqda bayrağın ucaldılmasında əziyyət çəkib. Onun burnundan gəlsin”.
M.Əhmədov bu ay DTX-də zərərçəkmiş şəxslər kimi ifadə verəcəklərini bildirib:
“Bu ayın 24-nə Müqayisi, 26 və ya 28-nə də məni DTX-yə çağırıblar. Samuxda işləyərkən mənim şərikimə də pul “atıb”. O da zərərçəkmiş şəxs kimi DTX-yə çağırılıb”.
Qeyd edək ki, Maşallah Əhmədov Binəqədi Rayon polisinə edilmiş şikayət ərizələri əsasında 350 min manatı mənimsəmə iddiası ilə 2015-ci ilin dekabrın 14-də həbs olunub. Onun barəsində açılan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Lakin M.Əhmədovun vəkilinin apellyasiya şikayəti əsasında onun cəzası 2017-ci ilin iyulun 24-də səkkiz ildən iki ilə endirilib. Həmin ilin oktyabrın 7-də isə cəzasını başa vuraraq azadlığa çıxıb.
13:08 / 13 Mart 2025
Sahil Babayevə yeni vəzifələr verildi – SƏRƏNCAM
99
12:51 / 13 Mart 2025
İlham Əliyev fərman imzaladı
233
12:44 / 13 Mart 2025
Misir İsrail və HƏMAS-a yeni atəşkəs planını təklif edir
20
12:30 / 13 Mart 2025
Qərb Ukrayna Silahlı Qüvvələrinin ATACMS raketlərinin tükəndiyini bildirib
27
12:26 / 13 Mart 2025
Fransa dondurulmuş Rusiyanın aktivlərinə həbs qoyulmasına səs verib
32
12:18 / 13 Mart 2025
Məhkəmə klinika ilə bağlı qərar verdi
32
12:11 / 13 Mart 2025
İlham Əliyev erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışıb
46
11:20 / 13 Mart 2025
ilin ilk Ay tutulması olacaq
39
11:09 / 13 Mart 2025
Sənan Mehdiyevin həbsinə səbəb olan rəyi kim verib? — Yeni detallar üzə çıxıb
726
10:59 / 13 Mart 2025
Baş nazir qərar imzaladı
48
10:48 / 13 Mart 2025
Bu sosisdən almayın
57
10:38 / 13 Mart 2025
Allergiyaya qarşı 6 təbii vasitə
48
10:20 / 13 Mart 2025
Rusiyanın məxfi planı ÜZƏ ÇIXDI
66
10:15 / 13 Mart 2025
AzSığorta"nın rəhbərliyində yeni təyinat
35
10:05 / 13 Mart 2025
Neft bahalaşdı
55
09:56 / 13 Mart 2025
Yanacaqdoldurma məntəqəsi YANDI
63
09:48 / 13 Mart 2025
Beynin qocalmaması üçün üsullar-TAPILDI
49
09:37 / 13 Mart 2025
48 yaşlı qadın faciəvi şəkildə öldü
53
09:29 / 13 Mart 2025
Bu şəxslər sistemdən çıxarılır
39
09:19 / 13 Mart 2025
Ərdoğanın nəcibliyi gündəm oldu - Video
53
08:55 / 13 Mart 2025
Qızılın qiyməti bahalaşdı
59
08:42 / 13 Mart 2025
Bu gün yay havası olacaq
52
08:30 / 13 Mart 2025
Trampın əmri: Bayquşlar öldürülməlidir
56
08:21 / 13 Mart 2025
Prezident seçkiləri nə vaxt keçiriləcək? - Zelenski açıqladı
67
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.