Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31521
az

Bakı metrosunda sərnişinlər qaydaları pozur? - AÇIQLAMA

10:4719 May, 2020
270
CƏMİYYƏT
  • A

“Mənzil başına çatana qədər sərnişinlərin maskaları çıxarması qadağandır”.

Oxu24.com xəbər verir ki, bu barədə “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Xəzər TV”nin efirində yayımlanan “Xəzər Səhər” proqramında qonaq olarkən deyib.

O bildirib ki, metropolitendə karantin qaydalarını pozmağa cəhd edən sərnişinlər müşahidə edilir:

“Metro fəaliyyətə başladığı ilk həftə ərzində karantin qaydalarını kobud şəkildə pozan sərnişinlə bağlı məlumat vermişdik. Bu istiqamətdə statistikanı metro polisi həyata keçirdiyi üçün bizdə dəqiq rəqəmlər yoxdur. Lakin müşahidələrimiz nəticəsində görürük ki, metropolitendə karantin qaydalarını pozmağa cəhd edən sərnişinlər var.

Bəzən platformalarda və ya qatarlarda sərnişinlərin maskaları çıxardıqlarının şahidi oluruq. Metro polisi ilə metropoliten əməkdaşları bu kimi halların qarşısını almaq üçün sərnişinlərə yaxınlaşaraq, maskaları çıxarmamağı xahiş edir. Ümumiyyətlə, mənzil başına çatana qədər sərnişinlərin maskaları çıxarması qadağandır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR