Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31502
az

Samsung Galaxy A31 - daha sürətli, daha maraqlı və daha yaxşı!

21:0018 May, 2020
845
CƏMİYYƏT
  • A

Bir müddət öncə Samsung, Galaxy A31 adlı yeni smartfonun çıxışını elan etdi.  Smartfon öncəki modellərdən nəzərə çarpacaq dərəcədə fərqlənir, belə ki ilk növbədə bu yeni dizayndır. Burada arxa qapaq və yan çərçivələr plastikdən ərsəyə gətirilmiş, korpusun arxa hissəsinin örtüyünə isə nazik şaquli xətlər şəklində naxış əlavə edilmişdir. Sözü gedən arxa panelin qeyri-adi naxışı smartfonun yenilənmiş görünüşünü effektiv şəkildə tamamlayır, belə ki, parlaq mənbələrdən işığı əks etdirərək, səth bir növ spektral "parıltı" saçır. A31 korpusunun sol yan tərəfində 2 SIM-kart və microSD üçün ayrıca nəzərdə tutulmuş slot, sağda isə - yanıb/sönmə düyməsi və səs səviyyəsinin tənzimləyicisi yerləşdirilib. Həmçinin, smartfon  USB Type-C yuvası və  ənənəvi 3.5 mm ölçülü qulaqcıq oyuğu ilə təchiz edilib.

Galaxy A31-in ön panelində 1080 × 2400 piksel icazəli 6.4 "FHD + Super AMOLED displey yerləşdirilib. Sözü gedən bu ekranda, görüntü ötürülməsini özünüzə uyğun tənzimləyə bilərsininz. Belə ki, tam rəng əhatəli və yüksək təzadlı "Dolğun rənglər" rejimindən və ya daha təbii və "sakit" ötürmə rejimi olan "Təbii rənglər" arasında seçim edə bilərsiniz. Həmçinin, sərhədsiz İnfinity - U displeyində, damlavari oyuq daxilində "Selfi focus" rejimini dəstəkləyən, F2.2 işıq güclü, 20 MP frontal kamera yerləşdirilmişdir.  Əlavə olaraq ekran üzərində həm də yüksək texnoloji barmaq izi skaneri də qurraşdırılmışdır. Sözü gedən bu optik biometrik identifikasiya cəld və dəqiq işləyir

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi