Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31498
az

Azərbaycanlı model: Amerikalı oğlanları sevmirəm, yalnız bir gecə münasibət istəyirlər

19:2318 May, 2020
569
CƏMİYYƏT
  • A

Azərbaycanlı model: Amerikalı oğlanları sevmirəm, yalnız bir gecə münasibət istəyirlər

"Ruslar və qafqazlılar daha yaxşıdır"
"Sevdiyim oğlanla münasibətimiz üç il davam etdi, sonra ayrılmağa qərar verdik. Bu münasibət həyatımdakı ən uzun eşq romanı oldu. İndi Amerikada yaşayıram və açıq deyim ki, amerikalı oğlanları heç sevmirəm. Cəsarətli, həssas deyillər və yalnız bir gecə və ya bir gün münasibət istəyirlər. Mən isə ciddi münasibətlərin tərəfdarıyam".
Bu sözləri Ruslana Gee kimi tanınan model və bloger Ruslana Cavadova Rusiyanın "15-dən birini seç" realiti şousunda deyib.
Model bir bəylə yaşanacaq məhəbbətin dostluqdan sevgi münasibətlərinə çevrilməsini istəyir. Onun üçün münasibətdə önəmli məqam isə qarşılıqlı hörmət və incə davranışdı.
Cavadova əlavə edib ki, amerikalılarla deyil, ruslarla və ya qafqazlılarla münasibətlər qurmaq istəyir.
Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Erkən uşaqlıqdan, hələ məktəbdə olarkən moda və gözəllik sahələrinə maraq göstərib.
2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik "L'Officiel" mükafatlarında iki kateqoriyaya - "Ən yaxşı Model" və "Ən yaxşı Moda Bloger" mükafatlarına layiq görülüb.
Cavadova həm də zərgərlik dizayner işi ilə məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.
Hazırda Ruslana Gee Amerikada yaşayır və blogerlik fəaliyyətini uğurla davam etdirir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi