"Bayram günləri məhdudiyyətlərin olmağı mütləq deyil".
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu barədə sadəcə bir çağırış olub:
"Bayram və istirahət günlərində əhalinin iş günü olmadığı üçün onlara tövsiyə olunur ki, zərurət olmadığı halda çölə çıxmasınlar. Amma bununla bağlı konkret qadağa yoxdur".
Oxu24.com
ŞƏRHLƏR