"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) idman zallarının açılmamasına münasibət bildirib.
Oxu24.com Trend-ə istinadən bildirir ki, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, bütün idman zalları qapalıdır:
"Orada bir çox insanlar aktiv idmanla məşğul olurlar. Bu halda insanlarda tənəffüs də çox aktivləşir. Bu zaman maska da istifadə etmək mümkün deyil. Digər tərəfdən, idman zallarında virusun təmasla yayılmasına səbəb olan bir çox vasitələrdən istifadə edilir".
Oxu24.com
ŞƏRHLƏR