“Bəzi savadlı insanlar deyirlər ki, virus yoxdur, bu, bir oyundur”.
Oxu24.com xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, karantin müddətində ölkələr bağlanıb, trilyonlar itirilib: “Ötən günlərdə Bakı şəhər İcra Hakimiyyətinin məsul işçiləri əhali ilə görüşərək, problemin ciddi olduğunu onlara bildirdi. Bəzi insanlar bunun oyun olduğunu, virus olmadığını düşünür. Belə oyun olar? Özümüz inanmırıqsa belə, cəmiyyətə görə bu qaydalara əməl etməliyik”.
Oxu24.com
ŞƏRHLƏR