Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31482
az

"İnsan 40 gün ac, 6 gün susuz qala bilər" - Rəşid Mahmudovdan həmkarına CAVAB

16:1518 May, 2020
536
CƏMİYYƏT
  • A

''Təkcə günorta yeməyən insana oruc necə zərərli ola bilər?''

Son günlərdə ramazan ayında oruc tutmaqla bağlı ikili fikirlər yaranıb. Bəzi həkimlər saatlarla ac qalmağın zərərli olduğunu iddia etsələr də, bəziləri bu fikirlə razılaşmırlar.

Oxu24.com bildirir ki, "ölkə.az''-ın əməkdaşı məsələ ilə bağlı tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudova müraciət edib. Mahmudov bildirib ki, hazırda dünya səhiyyəsi aclıq üsuluyla bir çox xəstəlikləri müalicə edir:

''Bu gün ac qalmaqla dünyada bir çox xəstəliklər müalicə edilir. Şəkər xəstələrini, asma-bronxit xəstələrini belə aclıqla müalicə etmək olur. Hər bir insan qırx gün ac qala bilər. Ancaq oruc tutan insanlar sahurda da yemək yeyir, iftarda da. Təkcə günorta yeməyi yeməyən insana orucun heç bir ziyanı ola bilməz. Xəstə insanların oruc tutmaları məsləhətli deyil. Lakin sağlam adam oruc tutanda uzağı beş gün aclıq ona əziyyət verəcək. Daha sonra aclığa öyrəşəcək. Tibb əvvəl elə hesab edirdi ki, bağırsağın divarından qana nəysə sovrula bilər. Qandan əks tərəfə sovrula bilməz. Ancaq indi bilirik ki, bu belə deyil. Əgər insan qırx gün ac qalırsa, orqanizmdə olan allergenləri, zəhərli maddələri, zədəli hüceyrələri qan mədəyə çatdırır. Bununla da həmin maddələr nəcis yolu ilə orqanizmdən xaric olunur. İnsan orqanizmi ac qalmaqla tamamilə təmizlənə bilir. Ancaq ac qalan insan heç bir qida qəbul etməsə artıq qırx birinci gün öləcək. Çünki insan qırx gün ac qala, bir həftə susuz, altı dəqiqə oksigensiz qala bilir''.

Qeyd edək ki, nevroloq Qalib Əsədov bir müddət öncə oruc tutmağın, saatlarla ac qalmağın insan səhhətinə zərərli olduğunu bildirmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi