Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31436
az

Ölkə üzrə park, bulvar və istirahət məkanlarına giriş qadağası aradan qaldırılıb

00:3218 May, 2020
576
REDAKTORUN SEÇİMİ
  • A

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 18 may 2020-ci il saat 00:00-dan etibarən aradan qaldırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  OXU24.COM-A verilən məlumata görə, bu şəhərlərdə bulvar, park və istirahət məkanlarına girişə 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə icazə verilir.

Bununla belə, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bulvar və parklarda sosial məsafəyə ciddi riayət edilməlidir.

“Vətəndaşlar indidən özlərini bu qaydalara ciddi riayət etməyə alışdırmalıdırlar. Bulvar və parklara giriş-çıxış sərbəst olsa da, sosial məsafə qorunmalıdır, 1,5-2 metr məsafə olmalıdır. Uşaq əyləncə mərkəzləri, attraksionlar işləməyəcək, buna nəzarət ediləcək. Eyni zamanda 10 nəfərdən artıq qruplar halında toplaşmaq qadağandır, karantin rejimini qaydaları pozularsa, müvafiq tədbirlər görüləcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında bulvar, park və istirahət məkanlarına girişə qoyulmuş qadağa mayın 4-dən götürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyada 98 faiz insanın tapa bilmədiyi İQ testi
Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama
DSX mayorunu kimlər döyüb? - ŞOK DETALLAR

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı