Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31379
az

Çimərlik mövsümü ilə bağlı FHN-dən açıqlama

13:0517 May, 2020
720
  • A

Dünyanı olduğu nöqtədə qalmağa vadar edən COVİD-19 pandemiyası səbəbindən tətbiq olunan qadağaların bir qismi yumşaldılsa da, hələ də normal həyata dönmək mümkün olmayıb. Qarşıdan yay və dəniz mövsümü gəldiyindən, çimərliklərin açılıb-açılmayacağı ilə bağlı da qeyri-müəyyənlik hökm sürür.

Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı çimərlik mövsümü ilə bağlı sualı cavablandırarkən, dəniz suyunda virusun ömrünün az, yoluxma ehtimalının aşağı səviyyədə olduğunu açıqlaması nikbin düşünməyə əsas verir.

Bəs, çimərliklər mövsümə hazırdırmı?

Mövzu ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva bildirib ki, təmsil etdiyi qurum koronavirus pandemiyası dövründə adi iş rejimində çalışır:

“Belə ki, nazirlik vəzifələrinin icrasını xüsusi karantin rejimi ilə bağlı mövcud tələb və tövsiyələrə uyğun şəkildə davam etdirir. Bu çərçivədə, FHN su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı üzərinə düşən vəzifələrin icrasını müvafiq qaydada təmin edir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu işçilərin maaşı artırıldı- Sərəncam
Babək prospektində təhlükəli vəziyyət- Video
Təyyarə qəzasında xəsarət alanların     son     durumu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Azərbaycanda DƏHŞƏT:Qollarını doğradı, sonra özünü asdı