Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31375
az

Türkiyə 31 ölkə üçün sərhədləri açır - Siyahıda Azərbaycan da var

12:1217 May, 2020
408
DÜNYA
  • A

Türkiyəyə müalicəyə gedənlər üçün qadağalar mayın 20-dən ləğv ediləcək.

Oxu24.com  1tv.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Janjğava deyib.

O bildirib ki, Türkiyə Səhiyyə Nazirliyinin qərarına əsasən, mayın 20-dən etibarən ölkəyə müalicə məqsədi ilə daxil olan pasiyentlər üçün pandemiya səbəbi ilə qoyulan məhdudiyyətlər aradan qaldırılır. Bu, 31 ölkəyə, o cümlədən Gürcüstan vətəndaşlarına şamil olunacaq.

"Türkiyə Səhiyyə Nazirliyi ölkəyə giriş, xəstəxanaya qəbul, müalicə və təcrid olunmanı təmin etmək üçün müvafiq tənzimləmələr müəyyən edib. Həmçinin, nazirlik, müalicəyə gələn şəxslə birlikdə gələnlərə görə də qaydaları və normaları müəyyən edəcək" - deyə, səfir məlumat verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya XİN Yaponiyaya     xəbərdarlıq      etdi
Finlandiya prezidenti Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib
Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ