Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31369
az

\"Döymüşəm,əcəb eləmişəm\" deyən qızlar tutuldu - Bakıda əməliyyat

11:0617 May, 2020
2405
  • A

Sosial şəbəkələrdə yeniyetməyə qarşı xuliqanlıq hərəkətləri ilə müşayiət olunan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb. 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib.

Onun sözlərinə görə, mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində 16 yaşlı Z.Musayevanı naməlum şəxslər xuliqanlıq zəminində döyüblər. Həmin görüntülər onlara məxsus “Instagram” hesablarında onlayn formada yayımlanıb. 

Bakı şəhər Baş Polis İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri, 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlü Lalə Məmmədova və onun həmyaşıdı, Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub. Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək, peşman olduqlarını bildiriblər. 

Faktla bağlı cinayət işi başlanılıb. Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhunun qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib
At oğruları tutuldu
Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı