Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31368
az

Azərbaycan əhalisinə koronavirusla bağlı XƏBƏRDARLIQ: Müalicə üçün yer tapılmayacaq 

10:5417 May, 2020
3314
  • A

''Karantin qaydaları yumşadıldıqdan sonra vətəndaşlar pandemiyanın qarşısını almaq üçün edilən tövsiyələrə əvvəlkindən daha çox əməl etməlidirlər. Çünki bu müddətdə virusa yoluxma halları daha sürətli ola bilər''.

Oxu24.com  bildirir ki, bu fikri ''Xəzər Xəbər''ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, küçələrdə insanların sayı çoxaldıqca təhlükə riski də artır.

Cəlal İsayev, xüsusilə də yaşı 65-dən yuxarı olan şəxslərə bu müddətdə çox diqqətli olmalarını tövsiyə edib. O qeyd edib ki, yaşlılar xüsusi risk qrupuna daxil olduqlarını unutmamalı və qorucu tədbirlərə maksimum riayət etməlidirlər.
Baş infeksionist cəmiyyətin edilən tövsiyələrə əməl etməyəcəyi təqdirdə, ölkəmizdə yoluxma hallarının kəskin şəkildə arta biləcəyini, hətta tikilən modul tipli xəstəxanalara baxmayaraq, əksər Avropa ölklərində olduğu kimi ölkəmizdə də xəstələri müalicə etmək üçün yerin tapıla bilməcəyini deyib.

O, dünya təcrübəsində müşahidə edilən süni nəfəs aparatlarının yaşlı insanlardan çıxarılıb, gənc insanlara verilməsi hallarının yaşanmaması üçün insanları məsuliyyətli olmağa çağırıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya hava məkanını niyə bağlamadı? - Qəzanın başvermə səbəbləri arasında KRİTİK DETALLAR...
Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Azərbaycanda DƏHŞƏT:Qollarını doğradı, sonra özünü asdı