Şirvan polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfəri yaxalayıb.
Oxu24.com -un məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi silsilə əməliyyat tədbirləri çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinləri, əvvəllər məhkum olunmuş - 1972-ci il təvəllüdlü Abdullalı Fikrət Xankişi oğlu, 1968-ci il təvəllüdlü Novruzov Fəxrəddin İsaq oğlu və daha 5 nəfər saxlanılıb.
Həmin şəxslər - 1989-cu il təvəllüdlü Hüseynova Füruzə Ərəstun qızı, 1997-ci il təvəllüdlü Əlizadə Kamran Tofiq oğlu, 1998-ci il təvəllüdlü Şahmuradov Həsənağa Həsənxan oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Vüsal Alik oğlu və 1968-ci il təvəllüdlü Hüseynov Əliyar Nuru oğlu saxlanılan zaman onlardan müxtəlif növ narkotik vasitələr olan, şəxsi istehlak miqdarından artıq çəkidə heroin, tiryək və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR