Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31353
az

SON DƏQİQƏ: Türk təyyarəsi Rus müdafiə sistemini vurdu - Ölənlər var

22:5216 May, 2020
2079
  • A

Liviya Milli Birlik Hökumətinin ordusuna məxsus Türkiyə istehsalı olan pilotsuz təyyarə paytaxt Tripolidən 140 kilometr məsafədə yerləşən Vatiyyə hərbi bazasına hava zərbələri endirib.

Oxu24.com Anadolu agentliyinə istinadən xəbər verir ki, hava hücumu nəticəsində Rusiya istehsalı olan “Pantsir” hava hücumundan müdafiə sistemi məhv edilib. Ölənlərin olduğu bildirilir. Məlumata görə, müdafiə sistemi general Xəlifə Haftarın nəzarətindəki bazaya Birləşmiş Ərəb Əmirlikləri tərəfindən yerləşdirilib.

Qeyd edək ki, bu son bir ay ərzində bazaya 8-ci hücumdur. General Xəlifə Haftarın nəzarətindəki qüvvələr Tripoliyə hücumlar zamanı əsasən bu bazadan istifadə edir. Əlavə edək ki, Türkiyə, BMT-nin tanıdığı Milli Birlik Hökumətinə fəal hərbi dəstək verir. Rusiya, Birləşmiş Ərəb Əmirliklərinin də aralarında olduğu bəzi dövlətlər isə Xəlifə Haftarı dəstəkləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya İran dronları ilə kütləvi şəkildə Ukraynaya hücuma keçdi
Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər
Hindistan Rusiyadan 4 milyard dollara Voronej radarını alacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”