Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31350
az

Röyanı bəyənmədi, məşhur reperi tanımadı, Fatiməni isə... - VİDEO

21:4416 May, 2020
1013
ŞOU-BİZNES
  • A

Müğənni Xatun Əliyeva "7 canlı" verilişində qonaq olub.

Oxu24.com  Axşam.az-a istinadən xəbər verir ki, proqramda sənətçilərin plastik əməliyyatdan əvvəlki və indiki fotoları nümayiş edilib. Xatun isə onları indiki halları ilə müqayisə edərək, fikirlər bildirib.

X.Əliyeva reper Elşad Xosenin şəklini gördükdə "Kimdir bu? Tanımadım" söyləyib.

Xalq artisti Röya Ayxanın plastik əməliyyatının uğurlu olduğunu deyən sənətçi sonuncu fotosessiyasından da danışıb:

"Ramazanda təqdim etdiyi üçün fotosessiyasını bəyənmədim. Düzdür, onu maraqlandırmır kim bəyənib, kim yox. Edib, canı sağ olsun".

Xatun küsülü olduğu rəqqasə Fatimə Fətəliyevanın fotosunu görəndə isə su içmək bəhanəsi ilə studiyanı tərk edib.

O, həmkarı Xatirə İslamın əməliyyatlarının uğurlu olduğunu bildirib:

"Gözəldir. Amma son günlər əməliyyatsız efirdə yaxşı görünmür. Sən buxağını harada, kimə yığdırdın? Səndə nə boyda buxaq var idi, məndə getmir".

X.Əliyeva Xalq artisti Brilliant Dadaşovanın gözəl xanım olduğunu dilə gətirib:

"Baxımlıdır, məncə estetik də etdirməyib. Çox özünü sevir, tərifli xanımdır. Biz indi pandemiyaya görə məsafə saxlayırıq. Brilliant xanım isə o vaxtdan şou-biznes ilə pandemiyadadır, yaxın qoymur, saymır. Yaşa dolduqca anladım ki, düz edir".

Xatun Sevil və Sevinc Səfərova bacılarını görəndə isə mikrafonu kənara qoyaraq "Mən danışmıram, kim istəyirsə danışsın" sözlərini deyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO
Könül Xasıyeva əməliyyat olundu -FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi