Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31346
az

Əhalisinin sayı 10 milyon olan ölkələr arasında ən az ölüm faktı Azəbaycanda qeydə alınıb - FOTO

20:2916 May, 2020
512
CƏMİYYƏT
  • A

Əhalisinin sayı 10 milyon olan ölkələr arasında COVID-19-dan ən az ölüm faktı Azərbaycanda qeydə alınıb.

Bu barədə məlumat “Worldometers”in statistik məlumatında qeyd olunub.

Belə ki, bütün dünya ölkələri arasında koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyətin statistikası aparılıb.

Əhalisinin sayını 10 milyona bərabər olan ölkələrdən Çexiyada 295, Dominikan Respublikasıda 424, Yunanıstanda 160, Portuqaliyada 1190, İsveçdə 3646 nəfər COVID-19-un qurbanı olub. Bu ölkələrlə müqayisədə Azərbaycanda COVID-19 infeksiyasından ölənlərin ümumi sayı 36 nəfərdir.

Statistik nəticələr göstərir ki, bu gün Azərbaycanda aktiv COVID-19 xəstələrinin sayı 1058, kritik vəziyyətdə olanların sayı isə 37 nəfərdir. Orta hesabla ölkə əhalisinin hər bir milyon nəfərinə düşən yoluxma sayı 294, ölüm faktı isə dörddür.

Bu göstəricilər digər ölkələrdə qat-qat yüksəkdir. Dominikan Respublikasında orta hesabla əhalinin hər bir milyon nəfərindən 1084-ü koronavirusa yoluxur, 39-u ölür. Çexiyada hər bir milyon nəfərə 785 yoluxma, 28 ölüm, Yunanıstanda 269 yoluxma, 15 faktı, Portuqaliyada 2824 yoluxma, 118 ölüm, İsveçdə isə 2894 yoluxma, 361 ölüm düşür.

Ümumilikdə, ölkədə COVID-19-a qarşı 220 363 test aparılıb. Bütün bu göstəricilər digər ölkələrlə müqayisədə kifayət qədər yaxşı göstəricidir.

Xatırladaq ki, Azərbaycanda 2980 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. 1886 nəfər isə COVID-19-dan sağalıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi