Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31341
az

Toylara sentyabradək qadağa  olunması xəbəri yalan çıxdı, mayın 31-dən...

20:0816 May, 2020
644
  • A

Ötən gündən bəri Azərbaycanda toyların keçiriləcəyi vaxtın açıqlanması ilə bağlı məlumatlar yayılıb.

SaqlamHeyat.az BAKU.WS-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yazılanlara görə, guya bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulub.

Guya bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlama verib.

Məsələyə aydınlıq gətirmək üçün qurumla əlaqə saxladıq.

 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlı belə söz deməyib.

“Ramin Bayramlı belə bir açıqlama verməyib. Onun adından yalandan belə məlumat yayıblar”, - deyə Rəvanə Əliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək davam edəcək. Mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”