Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31334
az

Bakıda “popo böyütmə” əməliyyatı etdirən qadının bədəni bu hala düşüb – Yara cərrahından AÇIQLAMA - VİDEO

19:0116 May, 2020
953
  • A

Bakıda “popo böyütmə” əməliyyatı etdirən qadının bədəni bu hala düşüb – Yara cərrahından 
 
Bakıda gənc qadın “Braziliya poposu” adı ilə tanınan liposaksiya əməliyyatı sonrası bədənin nekrozlaşmış, irinli yaralar əmələ gəlib.
 
 
Oxu24.com Medicina.az-a istinadla xəbər verir ki, estetik cərrah irinin qarşısını almağa cəhd etsə də nəticə uğursuz olduğundan pasiyent yara mütəxəssisi həkim İsmayıl Əsgərova müraciət etməli olub.
 
Həkimin  verdiyi məlumata görə, xəstədə qarından alınan piy popo nahiyəsinə vurulduqdan sonra liposaksiya cihazının iynə yerlərində yaralar infeksiyalaşaraq, dəri nekrozlaşıb.
 
“ Pasiyentin yaralara özbaşına zəli qoyması isə problemi daha da gecikdirib. Müalicə məqsədilə məcbur olub həmin yaraların altından piyi bir qədər boşaltmalı oldum. Daha sonra xəstənin bir müddət gəliş-gedişi ilə yaralar cərrahi işləndi, infeksiyaya qarşı antibiotik müalicə yazıldı. 3 ay ərzində yaralar sağaldı”.
 
İsmayıl Əsgərov bildiirdi ki, bu kimi infeksiyalaşmış yara və nekrozların istənilən cərrahi əməliyyatlardan sonra olması dünyada belə normaldır, az da olsa rast gəlinir. Burda həkim səhvi, əməliyyatın ağır olması, bədənin, orqanizmin fərdi reaksiyası ola bilər.
 
“Bir neçə pasiyent olub ki, süd vəzidə əməliyyatdan sonra belə yaralarla müraciət edib. Qarında liposaksiya prosedurundan sonra da irinləmə baş verib. Biz bu pasiyentləri ilk olaraq əməliyyatı icra edən plastik cərraha yönəldirik.Çünki plastik cərrahlar bu problemlərlə daha incə və estetik məşğul ola bilər.
 
İrinli yaralarla məşğul olan cərrahlar bu yaralar üzərində işlədikdə bir qədər kobud müdaxilə olur, xaricən defekt qala bilər və ya estetik cərrahın əməyi itə bilər. Bu barədə pasiyentə məlumat verilir. Yox əgər, plastik cərrah vəziyyəti düzəldə bilmirsə, o zaman yara müalicəsi ilə məşğul olan cərraha müraciət olunur. Bu tip cərrahi müdaxilə isə dəridə və toxumada iz qoya bilər, amma pasiyentin xilası daha vacibdir”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”