Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31331
az

Çində COVID-19-a qarşı beş vaksin sınaqdan keçirilib: Nəticələr sevindiricidir

18:3016 May, 2020
457
CƏMİYYƏT
  • A

Çin 2575 könüllü üzərində koronavirusa qarşı beş müxtəlif vaksinin uğurla sınaqdan keçirildiyini bildirib. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, səhiyyə məsələləri üzrə Dövlət Komitəsi sədrinin müavini Tszen İsin bildirib ki, növbəti tədqiqatlar uğurlu olarsa, klinik sınaqların ikinci mərhələsi artıq iyulda başa çatacaq.

"Hal-hazırda adenovirus vektoruna əsaslanan bir rekombinat vaksinimiz və dörd inaktiv vaksinimiz var", - deyə o bildirib. Bütün vaksinlərin qida və dərman vasitələrinə nəzarət üzrə Dövlət İdarəsi tərəfindən təsdiq edildiyi dəqiqləşdirilir.

Bundan əlavə, kəşflər təhlükəsiz kimi tanınır. Alimlər artıq sınaqdan keçmiş antikorların uğurlu təkmilləşməsi barədə məlumatlar alırlar. Könüllülərdə də heç bir yan təsir göstərilməyib.

Con Hopkins Universitetinin məlumatına görə, koronavirusun Çin ərazisində yayıldığı dövrdə orada 84 mindən artıq insan yoluxub. Bununla yanaşı, 4,6 mindən çox yoluxma halı ölümlə nəticələnib.

Çində COVİD-19 epidemiyası digər ölkələrdən əvvəl ortaya çıxsa da, hal-hazırda virusun episentri olan Hubey əyalətində demək olar ki, sakitçilikdir. Burada uzun müddət fasilədən sonra ilk dəfə 1 yoluxma halı qeydə alınıb. Bölgənin səhiyyə məsələləri Komitəsində bildiriblər ki, yoluxmuş şəxs ağır vəziyyətdədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi