Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31328
az

Ukraynadan Azərbaycana qayıdan 29 nəfərdə koronavirus aşkarlanıb

18:0116 May, 2020
504
TİBB
  • A

“Məlum olduğu kimi, mövcud qlobal COVID-19 pandemiyası çərçivəsində Azərbaycan Respublikasının xarici ölkələrdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarının təxliyəsi davam etdirilir. Bu ilin 14 may tarixində AZAL-ın Kiyev-Bakı çarter reysi ilə 197 vətəndaşımız ölkəyə geri dönüb. Vurğulamaq istərdim ki, geri qayıdan vətəndaşlarımızın hamısı müvafiq müayinədən keçirilib, karantin rejiminə alınıb”. 

Oxu24.com -un  xəbərinə görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“Təəssüflə bildirmək istərdik ki, müayinə nəticəsində geri qayıdan vətəndaşlarımızdan 29-da COVID-19 testi müsbət nəticələnib. Hazırda bu vətəndaşlarla əlaqədar zəruri tibbi müdaxilə edilir və təbii ki, onların təmaslarının da karantin rejimində nəzarəti və müayinəsi həyata keçirilir.

Bu, Ümumdünya Səhiyyə Təşkilatının da ciddi tövsiyələrinə uyğun olaraq, özünütəcrid qaydalarına əməl etmənin və mümkün qədər səfərlərdən çəkinmənin vacib olduğunu bir daha göstərir. Öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza olduqları ölkələrdə karantin qaydalarına ciddi əməl olunmasının və səfərlərdən çəkinmənin həm özlərinin və yaxınlarının sağlamlığının qorunması, həm də ölkəmizdə infeksiyanın geniş yayılmasının qarşısının alınması baxımından zəruri olduğunu qeyd etmişik.

Bir daha vətəndaşlarımıza səslənərək, öz sağlamlıqlarının, eləcə də Azərbaycan xalqının sağlamlığının təmin edilməsi naminə mövcud müvəqqəti çətinlik şəraitində anlayış nümayiş etdirmələrini, mümkün olduğu qədər olduqları yerlərdə qalmalarını və səfərlərdən çəkinmələrini xahiş edirik”, - deyə XİN rəsmisi vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi