Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31247
az

Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək - TƏBİB

18:1615 May, 2020
679
CƏMİYYƏT
  • A

"Bütün dünya ölkələri sərt karantin rejimi əvəzinə insanları virusla birgə yaşamağa öyrəşdirməyə başlayıb".

Oxu24.com APA-ya istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yaxın 1 il ərzində vaksinin əldə olunması gözlənilmir: "Virusu orqanizmdən kənarlaşdırmaq üçün dərman da yoxdur. Bütün amillər deməyə əsas verir ki, qaydalar çərçivəsində yaşamağa alışmalıyıq".

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək: "Ola bilər ki, xüsusi karantin rejimindən çıxaq. Tibb müəssisələrimizin resursları, tibbi imkanlarımız xəstələrin vaxtında aşkar olunması və müalicəsinə adekvatdır. Ancaq bu yükün nə dərəcədə artması vətəndaşlarımızın sosial məsuliyyətindən asılı olacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi