Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31193
az

3 uşaq çöldə qoyun otararkən Hz. Məryəmi gördü - Qiyamətin əlamətidir?

21:4514 May, 2020
801
CƏMİYYƏT
  • A

Portuqaliyanın Fatima kəndində 1917-ci il 13 may tarixində 3 çoban uşağa görünən Məryəm Ananın verdiyi sirrlər dünyanın axırı ilə bağlıdır?


Xristian imanında bu cür görüşlər mümkündür. Buta.ws xəbər verir ki, Xristianlığın qurucusu Tarsusdan olan Şaul da Hz. İsadan 50 il sonra, Şam küçələrində gəzərkən özünə göründüyünü və məsləhət verdiyini söyləyib.


Hadisə, 1917-ci ildə Portuqaliyanın kiçik Fatima kəndində baş verib. Deyilənə görə, bu kiçik kənddə yaşayan 3 uşaq dağlarda çobanlıq edərkən Hz. Məryəmi görüblər. Hz. Məryəm isə uşaqlara kilsə tikmələrini və hər ayın 13-ü onunla orada görüşmələrini deyir. Bu hadisə bütün xristianların bu kəndə kütləvi şəkildə axın etməsinə səbəb olub. Uşaqlar iddia edir ki, Hz. Məryəm onları sıra ilə öz yanına alacağını deyib. Uşaqlara heç kim inanmasa da, 2 uşaq bir-birinin ardınca həlak olur. 3-cü isə monastrda rahib olur. 


"Fatimanın sirləri" kimi tanınan əlyazmanın müəllifi isə, ölən iki uşağın qohumu olan, Lusia dos Santos adlı üçüncü uşaqdır. O, 2005-ci ildə 97 yaşında vəfat edib. Onun məsud elan edilməsinə isə 2008-ci ildə başlanılıb.

Hansı üç sirdən söhbət gedir?

Həmin öncəgörmələri, uşaqların gözünə Müqəddəs Məryəm göründükdən illər sonra qələmə alan Lusia olub. O, rahibə kimi xidmət edərək Coimbra qadın monastırında vəfat edib.

İlk iki sirri Lusia 1942-ci ildə açıqlayıb.


Birinci sirrdə cəhənnəm görüntüsü, "nəhəng alov dənizi", iblislərdən və insan ruhlarından söhbət gedir.


İkinci sirr Məryəmin, Birinci Dünya müharibəsinin başa çatacağını və Papa Pius XI dövründə İkinci dünya müharibəsinin başlanacağını öncədən görməsi hesab olunur.

Üçüncü sirri Lucia bağlı zərfdə 1957-ci ildə Vatikana çatdırıb və həmin zərf yalnız 2000-ci ildə açılır.

"Fatimanın Sirrı” ile bağlı bir kitap yazan Helmut Hoffmana göre, başlanğıcda Vatikanın Baş naziri  Kardinal Sodanonun ağzından qaçırdığı, “dünya faciəsi” sözü bu sirri işarət edir. Bu gün Katolik dünyasında, bu son sirrin 3-cü Dünya müharibəsi, Katolik kilsəsinin dağılması və Vatikanın sonu kimi eşidilməkdədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ
Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?
Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb