Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31165
az

Azərbaycanın ən gənc Milli Qəhrəmanı odur: İki dəfə şəhid xəbəri verilən qəhrəmanın həyatı

16:5514 May, 2020
1482
ÖZƏL BÖLÜM
  • A

Azərbaycanın Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açıb. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçüb. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə gedib, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirib. Uşaqlıq yaşlarından idmana böyük maraq göstərib və bir çox yarışlarda qalib olub. 1992-ci ildə hərbi xidmətə çağırılan Cavanşir Hərbi Hava Qüvvələrində xidmət etməyə başlayıb.

Anası Lalə xanım: “Şəhidlər xiyabanında qəbrini ziyarətə getdim. Orda bir nəfər mənə yaxınlaşıb dedi ki, Cavanşirin nəşini tapıb yenidən dəfn ediblər. Onda bütün ümidlərim kəsildi. Oğlum orada yatırmış, xəbərim yox imiş”.

Bacısı Aidə xanım: “gəlib deyəndə ki, Cavanşir yoxdur, inanmadım. Əlimdən heç nə gəlmirdi. Çağırırdım Cavanşiri... Elə bilirdim gələcək, yalandır hər şey”.

Döyüş yoldaşı Azər Mehdiyev: “Cavanşir görüb vertolyot yanır, tez tullanıb.  Paraşüt tam açılmayıb və Cavanşir taxıl zəmisinə düşüb. 4 həftədən sonra onu tapdıq”.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adı verilib.

Ətraflı  videonu  təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Qəhrəman Samid İmanovun doğum günüdür
Azərbaycanın ən gənc Milli Qəhrəmanı odur: İki dəfə şəhid xəbəri verilən qəhrəmanın həyatı
Paşinyan Bakıya işləyir: erməni generalın Qarabağda İrəvana qarşı PLANI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu