“Aprel döyüşü” qəhrəmanı, Yardımlı Rayonu Arvana kəndindən, Azərbaycanın qəhrəman oğullarından biri, peşakar hərbçi, zabit Həsrət Almaslı Hidayət oğlu Vətən üçün xidmətlərinə və “Aprel döyüşü”ndə göstərdiyi fədakarlığına görə "Vətən naminə” medalı ilə təltif edilib. Oxu24.com xəbər verir ki, 22 iyun 2018-ci il tarixdə Respublika Veteranlar Şurası tərəfindən təntənəli şəkildə təqdim olunma mərasimi keçirilmiş, həmin medal fəxrlə qəhrəmanımızın sinəsinə taxılıb.
Məlumat üçün bildirək ki,Aprel döyüşləri zamanı Həsrət Almasovun 12 əsgəri qəhrəmancasına şəhid olub.
Oxu24.com
ŞƏRHLƏR