Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30936
az

Haradan bilək ki, orucumuz qəbul olub, yoxsa olmayıb?

19:0511 May, 2020
446
CƏMİYYƏT
  • A

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, Həzrət (s) buyurur: "İstəyirsinizmi ki, sizi elə şeydən agah edəm ki, əgər onu yerinə yetirsəniz, şeytan sizdən uzaq olacaqdır. Necə ki, şərq qərbdən fasilədədir?".

Deyirlər: "Buyurun".

Həzrət (s) buyurur ki, oruc - şeytanın üzünü qaraldar.

İki nəfər Peyğəmbərə (s) xəbər göndərir ki, oruc bizi taqətdən salmışdır. Həzrət (s) buyurur: "Əgər siz orucsunuzsa, niyə ət yeyirsiniz?".

Deyirlər: "Biz orucuq, heç nə yeməmişik".

Həzrət (s) buyurur ki, təşt gətirsinlər və onlara buyurur: "Qaytarın". Və onlar qaytardılar. Təştin içinə ət parçaları töküldü. Bu zaman Həzrət (s) buyurur: "Bu, o ətdir ki, siz bu gün yemisiniz. Siz oruc tutan deyilsiniz. Elə ki, həmin möminin qeybətini etdiniz - murdar əti yediniz".

Oruc tutmağın sirlərindən biri də budur ki, oruc - şeytanın üzünü qaraldar. Şeytanı (lən) insandan uzaq edər. Bizim orucumuzun qəbul olub-olmamasını bimək üçün yol vardır. O da budur ki, əgər oruc zamanı heç kəsin əleyhinə fikir və düşüncəmiz olmayıbdırsa, dünyaya əlaqəmiz olmayıbdırsa - məlum olar ki, orucumuz qəbul olmuş və şeytan bizdən uzaq olmuşdur. Əks halda o bizdən uzaq olmaz və biz də sadəcə zahiri oruc tutmuş olarıq.

İmam Əli (ə) buyurur: "Hər bir şeyin zəkatı vardır və bədənin zəkatı - oruc tutmaqdır".

Bu bədən həmişə ruhla birlikdədir. Əgər insan iradəsi güclü olarsa, bədən də ona tabe olar. Əgər iradə zəif olarsa, yenə də ona tabe olar.

Misal üçün, iki mömin insan oruc tutur. Birinin imanı zəifdir və o birisinin imanı güclüdür. İsti yay günləridir və onların oruca olan reaksiyaları fərqli olacaqdır. Biri həqiqətən çətinlik çəkəcəkdir. O birisi isə heç əziyyət hiss etməyəcəkdir. O kəsin ki, imanı zəifdir, bütün diqqəti bədənində olar. Ancaq iradəsi güclü olan mömin, bütün diqqətini ruhuna yönəldər və bədənin çətinliklərini hiss etməz.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Əgər kimsə isti havada oruc tutarsa və susuzlayarsa - Sübhan Allah minlərlə mələyi vəzifələndirər ki, onun üzünü məsh etsinlər və iftar zamanı ona müjdə versinlər. İftar zamanı Sübhan Allah buyurar: "Necə də xoş iyin vardır. Ey Mənim mələklərim! Şahid olun ki, Mən onu bağışladım"".

Orucun batini insanı elə məqama çatdırar ki, Allahın müxatəbi olar. Əgər gün ərzində Allahı çağırarsa, Allah iftar zamanı buyurar: "Ey mənim bəndəm!".

Ona görə də hər oruc tutan orucun zahiri ilə yanaşı, onun batininə də diqqət etməli və özünü şeytandan qorumalıdır. Başqa sözlə desək, özünü günahdan qorumalıdır. Həm bədəni və həm ruhu ilə oruc tutmalıdır ki, bu orucun onun halına faydası olsun.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb