Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3059
az

Bakıda arvadını öldürən ərdən şok sözlər - "Səndən həzz almıram"

13:3421 İyun, 2018
1255
KRİMİNAL
  • A
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Oxu24.com "report"a istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə R.Çərtikov özünü qismən təqsirli bildiyini deyib.

O deyib ki, 33 illik həyat yoldaşını qısqanclıq zəminində öldürüb: "Arvadım Arifə öz istəyi ilə dayəlik işinə başladı. İki ay özüm onu işə aparırdım.

Razı deyildim onun çalışmağına. Sonra Arifə gecə növbəsində çalışmaq istədi. Aramızda mübahisə düşdü, küsüb atası evinə getdi. Onun iş yerinə də getdim ki, Arifənin işinə xitam verilsin. Yaxın adamla qaynanamgilə gedib, onu evə gətirdim. Arifə razılaşdıq ki, ancaq gündüz növbəsində işləyəcək.

Əvvəl bu qayda çalışdı, sonra fikrini dəyişdi. Arifə işlə bağlı Türkiyəyə getdi, bunu da məndən gizlətdilər. İçimdə şübhələr oyanırdı. Evi satıb, Rusiyaya getmək barədə ona dedim. Razılşadı ki, ancaq yuxarı mərtəbəni sataq. Evi satandan sonra onu işdən gecə götürdüm. Rusiyaya getmək istəmədiyini bildirdi".

Təqsirləndirilən şəxs deyib ki, onu öldürmək niyyəti olmayıb: "Mənə "səndən bir kişi kimi həzz almıram" deyib "öldürsən də işdən çıxıb Rusiyaya getməyəcəm" söylədi. Mən də onu öldürdüm".

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonunda baş verib. R.Çərtikov həyat yoldaşı Arifə Çərtikovanı qətlə yetirib.

O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib