Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30587
az

Yaşı 65-dən yuxarı olan şəxslərlə bağlı yeni qərar gözlənilir

20:1906 May, 2020
494
  • A

Zaur Əliyev: “Ümumi tendensiya müsbət şəkildə davam edərsə, 65 yaşdan yuxarı vətəndaşlarımızın məsələsini nəzərdən keçirə bilərik”
Tətbiq etdiyimiz SMS icazə üsulu özünü doğrultdu və bizim təcrübədən başqa ölkələr də istifadə elədi. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, karantin rejimində evdən çıxmaları qadağan edilən 65 yaşdan yuxarı vətəndaşlarla bağlı bu qərarın səbəbi onların sağlamlığının qorunması üçündür: “Lakin bizdə ümumi tendensiya müsbət şəkildə davam edərsə, əlavə yumşalma mərhələsində 65 yaşdan yuxarı vətəndaşlarımızın da məsələsini nəzərdən keçirə bilərik. Bununla bağlı qərarı Operativ Qərargah verir və onlar da epidemioloji vəziyyəti qiymətləndirərək yaxın zamanda qərar verəcəklər”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO
Bu ölkədə ZƏHƏR QADAĞASI -İstila başladı, “siçovul taunu” yayılacaq