Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30563
az

Azərbaycanda icra başçısı şöbə müdirini danladı Ürəyi partlayıb öldü 

15:2306 May, 2020
1751
  • A
Bir neçə gün əvvəl Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdirinin qəfil vəfat etməsi barədə məlumat vermişdik. "Ölkə.Az" xəbər verir ki, Gədəbəy RİH-in vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürək tutması nəticəsində vəfat etdiyi bildirilmişdi. Yaxınlarının verdiyi məlumata görə, şöbə müdiri icra başçısı İbrahim Mustafayev tərəfindən ölümündən bir neçə gün əvvəl iş otağında ağır şəkildə danlanıb. Bu zaman o, özünü pis hiss edib və iş yoldaşlarının köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onda infarkt əlamətləri müəyyən edilsə də, R.Həsənov evə buraxılıb. Çox keçmədən RİH-in şöbə müdiri ürək tutmasından dünyasını dəyişib. Publika.az-ın məlumatına görə, icra başçısı İbrahim Mustafayevin dövründə bu cür hal artıq 3-çü dəfədir baş verır. Belə ki, ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımov icra hakimiyyətinin binasında dünyasını dəyişib, ilin sonlarında isə Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçını qəbulundan çıxıb evə gəldikdən sonra huşunu itirərək xəstəxanaya aparılıb. (publika.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyada 98 faiz insanın tapa bilmədiyi İQ testi
Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama
DSX mayorunu kimlər döyüb? - ŞOK DETALLAR

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Prokuror Afiəddin Məmmədova    cəza    istədi