Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3051
az

Imişlidə pampıqçıların zəhərlənməsinə görə 3 vəzifəli şəxs həbs olundu – Özəl (Yenilənib)

11:1421 İyun, 2018
1315
İQTİSADİYYAT
  • A
 İmişli bitki mühafizə idarəsinin rəisi Qəhrəman Qəhrəmanov həbs olunub.

Oxu24.com-un məlumatına görə, Qəhrəman Qəhrəmanov İmişli rayonunda pambıqçıların zəhərlənməsi hadisəsinə görə saxlanılıb.

Bundan əlavə, MKT-İK MMC İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyev və həmin müəssisənin aqronomu Surxay adlı şəxs də həbs olunub.

Həbs olunan şəxslərin barəsində cinayət işi başlanılıb, cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılır.

Zəhərlənmə hadisəsi ilə məsuliyyət daşıyan vəzifəli şəxslərin həbsinin davam edəcəyi bildirilir.

Xatırladaq ki, kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb. Onun yerinə Ələddin Eyvazov təyin olunub.

Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov da daxil olmaqla bir neçə nazirliyin rəhbərləri baş vermis hadisənin araşdırılması üçün İmişliyə getmişdi. Hazırda İmişli rayon xəstəxanasında 12 nəfər həkim nəzarətində müalicəsini davam etdirir. Digər zərərçəkmişlərə tibbi yardım göstəriləndən sonra evə buraxıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Brent markalı neftin qiyməti 73 dolları keçdi
Maaş və pensiyalarla bağlı MÜJDƏ -Büdcədən vəsait ayrıldı
Əməkhaqqı və pensiya bu qədər artırılacaq - AÇIQLAMA

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı