2014-cü ilin noyabrında Azərbaycan mövqelərinə hücuma cəhd edən erməni helikopterini məhv edən hərbçi Ilkin Muradovun ordudan ayrılması barədə məlumat vermişdik.Oxu24.com xəbər verir ki,ehtiyatda olan hərbi qulluqçu hazırda işsizlik problemi ilə rastlaşıb.Bu barədə məlumatı o şəxsi facebook səhifəsində yazıb və işsizlikdən sıxıldığını qeyd edib.
Xatırladaq ki,Ilkin Muradovun sərrast atəşi ilə məhv edilən Mi 24 döyüş helikopteri atəşkəs elan ol unduqdan sonra vurulan ilk helikopter idi.Bu hadisədən sonra düşmən bir daha havaya helikopter qaldırmağa cəhd etməyib.Ümid edirik ki,qəhrəman hərbçimizi işlə təmin edəcək şəxslər tapılacaq.
Qeyd edək ki, bu gün Ilkin Muradovun doğum günüdür.Saytımız adından qəhrəman hərbçimizi təbrik edirik. Oxu24.com
ŞƏRHLƏR