Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3044
az

İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq

09:0421 İyun, 2018
972
TİBB
  • A
Süni intellekt vasitəsilə tibb sahəsində yeni era başlayacaq.

Oxu24.com yenicag.az-a istinadən xəbər verir ki, ingilis alimlər insan nəfəsindəki qoxuların müxtəlif xəstəliklərin siqnalı olduğunu bildiriblər. "Loughborough" üniversitetinin araşdırma qrupu hətta "xərçəng" kimi ölümcül xəstəliklərin də insan nəfəsindən müəyyən edilə biləcəyini qeyd edir.

Bu məqsədlə hazırlanan süni intellektə malik cihazla artıq çoxsaylı analizlərə ehtiyac qalmayacaq. Həmçinin, xəstəliklər irəliləmədən müəyyən olunacaq və fəsadlar tezliklə aradan qaldırılacaq.Qeyd edək ki, havada az miqdarda olan maddələri müəyyənlədirən həssas radarlardan artıq uzun illərdir istifadə olunur. Xəstəlikləri müəyyən edə biləcək sözügedən cihazın hazırlanması prosesində isə çoxlu həkim, radioloq və mütəxəssislər çalışıblar.

Alimlər xüsusilə stressə bağlı xəstəliklərin asanlıqla üzə çıxarıldığını bildirirlər. Həmin xəstəliklər hormonların kimyəvi tərkibini dəyişdiyi üçün özünü tez büruzə verir. Digər xəstəlikləri müəyyənləşdirmək üçün isə eksperimentlər aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
"Limonçik" ilə maşın nömrələri oğurlayanlar saxlanıldı-FOTOLAR