Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30322
az

SON DƏQİQƏ! Bir neçə rayonda əməliyyat,məmurlara cinayət işi açıldı

20:0702 May, 2020
2134
SON DƏQİQƏ
  • A

Daha bir neçə şəhər və rayonda icra nümayəndəsi işdən çıxarılıb, cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin xüsusi karantin rejimi qaydaları ilə bağlı qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

Araşdırmalarla Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənovun, Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarovun, eləcə də, İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Həsənovun karantin dövründə sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verdiyi məlum olub.

Bundan başqa, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Salmanovun da rayon daxilində səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş ayrı-ayrı şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verdiyi müəyyən edilib.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Toplanmış materiallar üzrə Şirvan şəhər, Goranboy, İmişli və Bərdə rayon prokurorluqlarında cinayət işləri başlanıb.  

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FHN gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb
FHN yanğınla bağlı açıqlama yaydı
Bakıda güclü yanğın başladı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qusar bələdiyyəsinin sədri həbs olundu