Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
302
az

Ən vacib yemək - Səhər yeməyi

08:3106 Aprel, 2018
1196
MANŞET
  • A
 Səhər yeməyi ən vacib qidalardan sayılır. Təsadüfi deyildir ki, həkimlərin əksəriyyəti onun böyük əhəmiyyətə malik olduğunu söyləyirlər. Səhərlər qida qəbul etmək orqanizmi işə salır, onu lazım olan enerji ilə təmin edir. Təəssüf ki, çoxları səhərlər qidalanmağa lazımi əhəmiyyət vermir və ən yaxşı halda bir fincan qəhvə, çay və buterbrodla kifayətlənirlər. Bir çoxları isə ümumiyyətlə, səhər yemək yemirlər.

“Oxu24.com” Azərtac-a istinadən aparılan araşdırmalara əsasən xəbər verir ki, daim səhər yeməyindən imtina etmək şəkərli diabet və infarktın yaranmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, orqanizmdə maddələr mübadiləsinə cavabdeh genlər var. Strukturda meydana çıxan qarışıqlıq prosesin nəzarətdən çıxmasına səbəb olur. Alimlər irəli sürdükləri nəzəriyyəni təcrübədə sübut etmək üçün 21-60 yaş arası iki qrupdan ibarət 49 könüllü arasında tədqiqat aparıblar. Birinci qrupa daxil olanlar təcrübə müddətində hər gün mütəmadi olaraq səhər yeməyi yeyiblər. Digər qrupun nümayəndələri isə günortaya qədər qida qəbul etməyiblər. İştirakçıların analiz nəticələrinə görə məlum olub ki, səhər yeməyi yeyənlərin orqanizmindəki maddələr mübadiləsində ciddi pozuntular müşahidə edilib.

Səhər yeməyi iş qabiliyyətini 30 faiz artırır. Onu qəbul etmək üçün ən uyğun vaxt saat 9-10 radələridir. Səhər yeməyi qəbul etməzdən ən azı bir saat qabaq oyanmaq lazımdır. Səhərlər qida qəbulu əhvali-ruhiyyəyə də yaxşı təsir göstərir, informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir. Diyetoloqların fikrincə, səhər yeməyi gündəlik qida rasionunun 25 faizini təşkil etməlidir. Səhər yeməyi artıq çəkidən, eyni zamanda bir çox mədə-bağırsaq pozulmaları və xəstəliklərdən də qoruyur.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ -FOTO
Naxçıvanda 2 tona yaxın çətənə kolu məhv edildi
ABŞ miqrantlar üçün humanitar giriş proqramını uzatmayacaq

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR