Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3018
az

Putin Serji 600 milyona satdı: İrəvana Su-30, Bakıya isə...

10:5920 İyun, 2018
2230
SİYASƏT
  • A
 Ermənistan Müdafiə Nazirliyi ölkədə hakimiyyət dəyişikliyindən az öncə Rusiyadan Su-30CM təyyarələrinin 2024-cü ilə qədər alışından imtina edib.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı "Kommersant” qəzeti yayıb. Qəzet Ermənistanın bu təyyarələri alması haqqında razılaşmanın 2012-ci ildə imzalandığını, lakin maliyyə çatışmazlığı ucbatından qüvvəyə minmədiyini deyib. Rusiya artıq razılaşmanı yeni hökumətlə reallaşdırmağı planlaşdırır:

"Nikol Paşinyan artıq Su-30CM-in kabinəsində oturaraq, onu dünyanın ən yaxşı qırıcılarından biri adlandırıb. Ermənistanın bu təyyarələri əldə etmək arzusu haqqında söhbətlər Paşinyanın Feysbukda Erebuni aerodromunda olan Su-30CM təyyarəsinin kabinəsində oturduğu şəkli paylaşmasından sonra aktivləşib. Hərbi ekspert Leonid Nersisyan Su-30CM-in İrəvan tərəfindən alınmasıyla bağlı danışıqların kifayət qədər yüksək səviyyədə olduğunu və tərəflərin yaxın 1-2 ildə müqavilə imzalayacağını söyləyib. Lakin "Rosoboroneksport” bu barədə məlumatlı olmadığını bəyan etdi.

Erməni hərbçilər bu tip texnikaya 2010-cu ildən maraq göstərməyə başlayıblar. Buna səbəb isə Ermənistan Hərbi Hava Qüvvələri parkının (əsasən Su-25 və Su-27-dən ibarət olub – red.) yenilənmə istəyi olub.

2012-ci ildə Moskva və İrəvan Ermənistanın bir neçə il ərzində 12 qırıcı almasıyla bağlı müqavilə imzalayıb. Lakin müqavilə Ermənistanın maliyyə problemləri ucbatından hələ də qüvvəyə minməyib. O zamandan bu yana kontraktın reallaşması üçün uğursuz danışıqlar aparılıb. Təyyarələrdən başqa Ermənistanın digər silahlara da ehtiyacı olub və buna görə də Moskva İrəvana təyyarələri ixrac yox, daxili bazar üçün müəyyənləşdirilən qiymətlərlə satmağa cəhd edib.

Sonuncu dəfə Su-30CM-lərin alışına tərəflər Ermənistandakı inqilabdan bir neçə ay öncə qayıdıblar. Bu zaman İrəvan Rusiyaya bəyan edib ki, təyyarələrin alınması 2024-cü ilə qədər təxirə salınır.

Mənbələrimiz təsdiqləyir ki, hakimiyyət dəyişikliyindən sonra silah ixracı istiqamətində tərəflər arasında aktiv əlaqə olmayıb. Hərbi-texiki əməkdaşlığın genişləndirilməsiylə bağlı müəyyən siqnallar isə artıq verilib. Paşinyan 23 mayda birbaşa bəyan etdi ki, Putinlə danışıqlar zamanı tərəflər daha effektiv əməkdaşlıq barədə razılaşıblar. Yeni Müdafiə naziri David Tonoyan isə son illər silah məsələləri ilə maraqlanıb və Rusiya hərbi sənaye kompleksində yaxşı əlaqələrini qoruyub saxlayıb. Moskva hesab edir ki, müqaviləni tez bir zamanda reallaşdıracaq”.

Qəzetə açıqlama verən rusiyalı ekspert Konstantin Makiyenko Ermənistana bu təyyarələrin verilməsinin Azərbaycanın Qərb qırıcılarını almağına marağı artıracağını bildirib. Onun sözlərinə görə, Bakı artıq bir dəfə Moskvanın İrəvana "İsgəndər”ləri verməsinə cavabı Belarusdan "Polonez”lər almaqla verib. O, həmçinin, İrəvana Su-30CM-lər verilməsi halında Bakıya Su-35-lərin təklif edilməsi gərəkdiyini bildirib.

Qeyd edək ki, Su-30CM təyyarələrinin dəyəri hazırda 50 milyon dollardır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır