Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3016
az

Rəis oğlu 41 qızı zorladı - Xəbəri yayan şəxs tutuldu

10:3520 İyun, 2018
1012
KRİMİNAL
  • A
İranda ictimaiyyətdən gizlədilən təcavüz qalmaqallarına daha biri əlavə olunub.Femida.az xəbər verir ki, İranşehir adlı qəsəbədə Cümə namazı qılınarkən, şəhərin dini rəhbəri əhaliyə 41 qızın zorlandığı barədə məlumat verib. Bildirib ki, 41 qız 1 il ərzində zorlanıb. Amma onlardan cəmi 3 nəfəri hadisəni ortalığa çıxarıb. Digər 38 qızın ailəsi biabır olmamaq üçün məsələni gizlədiblər. Lakin dini rəhbər bunun daha da kütləvi hal almaması üçün xalqı etiraz etməyə səsləyib.

Şəhər rəhbərliyinin binası önündə xalq etirazlara başlayıb. Araşdırmalardan sonra məlum olub ki, qızları zorlayan şəxs Sipah bölgəsinin polis rəsinin oğludur. Etirazlara baxmayaraq, oğlan saxlanılmayıb. Əksinə bu hadisəni qabartdığı üçün şəhərin dini lideri həbs olunub.


Femida.az-ın İrandakı mənbələrindən əldə etdiyi məlumata görə, rəisin oğlu küçədə tək gedən qızları zorla maşına mindirib şəhər kənarına aparır, burada zorlayırmış.

Xalq hadisənin üstünü açan dini liderin həbsinə etiraz edən zaman aldıqları cavab qeyri-adi olub: "Qızların zorlanma xəbərini yaymaq haramdır".

Qeyd edək ki, hadisənin baş verdiyi bölgə sünnilərin yaşadığı bölgədir. İran hüquq-mühafizə orqanlarının bu səbəbdən məsələyə ciddi yanaşmadığı gələn bilgilər arasındadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi