Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30090
az

SON DƏQİQƏ! Kreditlərlə bağlı keçirilən iclas bitdi: Vətəndaşlar bunu etsin!

23:4129 Aprel, 2020
2409
ÖZƏL BÖLÜM
  • A

Bank rəhbərləri Mərkəzi Bankın tövsiyyələri əsasında krediti olan vətəndaşlara edilən güzəştlərin tətbiqi mexanizmini müzakirə ediblər. Müzakirə edilən əsas məsələlərdən biri fiziki şəxslər tərəfindən alınan istehlak kreditlərində yarana biləcək gecikmələr olub.

Oxu24.com  xəbər   verir  ki,Kreditini ödəyə bilməyən vətəndaşlar mütləq banklara müraciət etməlidirlər. Əgər vətəndaş koronavirus pandemiyasından zərər çəkibsə, onun kredit müqaviləsi bank tərəfindən yumuşaldılacaq və ona kreditin ödənilməsi üçün sentyabr ayının 30-a qədər müəyyən möhlət veriləcək.

Bunu Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov deyib. O bildirib ki, Assosiasiyasının Rəyasət Heyətinin iclasında Mərkəzi Bankın qəbul etdiyi qərarın və banklara verdiyi tövsiyyələrin tətbiqi mexanizmi müzakirə edilib.

Əsas müzakirə obyekti fiziki şəxslər tərəfindən alınan istehlak kreditlərində yarana biləcək gecikmələr olub. Yunus Abdulov qeyd etdi ki, bank və bank olmayan kredit təşkilatları bu məsələdə müştərilərə həssas yanaşacaq və mərkəzi bankın tövsiyyələrini əsas götürəcək. Martın 1-ə qədər keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən fiziki şəxslərə güzəştlər ediləcək.

 

Həmçinin oxu:  SON DƏQİQƏ! Hər kəsi maraqlandıran suala cavab indilərdə açıqlandı +VİDEO

 

 

Banklara müraciət edən və kreditini ödəməkdə çətinlik çəkənlərin kredit tarixçəsi də korlanmayacaq. Banklar belə müştəriləri kredit bürolarına xüsusi qeydlərlə təqdime dəcək.

İclasda həmçinin fiziki şəxslərə ipoteka və kredit zəmanəti fondunun vəsaiti hesabına verilən kreditlər də müzakirə edilib.Bu təyinatlı kreditlərə güzəşt edən bank və kredit təşkilatlarının requlyativ yükü mərkəzi bank tərəfindən azaldılacaq.

Yunus Abdulov deyir ki, kredit borcu olan sahibkarlara kredit ödənişinin gecikməsi zamanımüəyyən güzəştlər ediləcək. Mart ayının 1-ə qədər kredini normal ödəyən sahibkarlar restrukturizasiya ilə bağlı banklara müraciət edə bilərlər.

Bu arada mərkəzi bank, bank və bank olmayan kredit təşkilatlarının tibii ləvazimat və avadanlıq istehsalçılarına verdikləri kreditlərin risq səviyyəsini azaldıb.Bununla da,banklar və kredit təşkilatları bu sahəyə kredit verməkdə daha çox maraqlı olacaq və müştərilərə cəlbedici təkliflər verəcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi