Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29736
az

İpoteka krediti ilə bağlı yalnız BU ŞƏXSLƏRƏ güzəşt olunacaq

09:0926 Aprel, 2020
1004
HÜQUQ
  • A

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin restrukturizasiyası ilə bağlı məsələlər ölkə Prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası" ilə tənzimlənir.

Oxu24.com  xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Fondun qaydalarına əsasən, intizamlı borcalanlar müvəqqəti maliyyə çətinlikləri ilə üzləşdikləri (gəlirin azalması və ya itirilməsi, xəstəlik, bədbəxt hadisə, özünün və ya himayəsində olan şəxslərin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin artması və s.) hallarda kreditin restrukturizasiyası üçün müraciət edə bilərlər.

"Məlum olduğu kimi, Fond tərəfindən ipoteka kreditləri gəlirləri rəsmi qaydada təsdiq olunan ödəniş qabiliyyətli borcalanlara verilir və hazırda bunun sayəsində yüksək keyfiyyətli ipoteka kreditləri portfeli formalaşıb. Nəticədə, restrukturizasiya mexanizminin tətbiq olunduğu son 4 il ərzində borcalanların müraciəti əsasında cəmi 37 kredit üzrə restrukturizasiya tədbirləri həyata keçirilib.

Hazırda koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin qarşısının alınması məqsədilə dövlət tərəfindən məqsədyönlü kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində ölkədə iş yerlərinin və fiziki şəxslərin gəlirlərinin qorunması təmin olunur.

Qeyd etmək lazımdır ki, hazırda Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə borcalanlar tərəfindən öhdəliklər vaxtında həyata keçirilir və ödənişlərdə əvvəlki dövrlərdən fərqli tendensiya müşahidə edilmir.

Bütün bunları nəzərə alaraq, gəlirlərinin azalması və iş yerlərinin itirilməsi halları ilə üzləşmiş intizamlı borcalanlar yalnız qaydalarla nəzərdə tutulan əsaslar yarandıqda ipoteka kreditlərinin restrukturizasiyası üçün müvafiq qaydada müraciət edə bilərlər", - deyə açıqlamada qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ