Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29692
az

Karantin dövründə Kəbədə Ramazan ayının ilk namazı - FOTO

19:3625 Aprel, 2020
496
CƏMİYYƏT
  • A

Səudiyyə Ərəbistanında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində sosial məsafənin qorunması, küçəyə çıxma qadağası və namazların camaatla qılınmasının qadağan edilməsi Ramazan bayramının ilk təravih namazına az sayda insanın qatılması ilə nəticələnib.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, Məkkədə yerləşən Məscidül-Həramda, Mədinədəki Məscidi-Nəbəvidə və Qüdsdəki Məscidül-Əqsada ilk təravih namazı COVID-19 səbəbi ilə tədbirlər görülərək qılınıb.

Məlumata görə, Məscidül-Həram ilə Məscidi-Nəbəvidə namaza məmurlar, dezinfeksiya işlərini həyata keçirilən şəxslər və digər işçilər qatılıb.

Şərqi Qüdsdəki Məscidül-Əqsa məscidində İslam Vəqfləri İdarəsinin işçiləri epidemiyaya qarşı sosial məsafə qaydalarına riayət edərək Ramazan ayının ilk təravih namazını qılıblar. Məscidül-Əqsanın digər əraziləri tamamilə boş qalıb.

Məscidül-Əqsanın direktoru Şeyx Ömər əl-Kisvani verdiyi açıqlamada məscidin virus səbəbiylə 22 martda bağlandığını, lakin azan və namazlara oradakı işçilər tərəfindən davam edildiyini bildirib.

Təravih namazlarının Ramazan ayında Məscidül-Əqsadakı işçilər tərəfindən qılınacağına işarə edən Kisvani "Məscidlər bağlanıb, ancaq Allahın qapıları bağlanmayıb. Namazlarınızı evdə qılın və bu virusdan xilas olmaq üçün dua edin" deyə söyləyib.

Qeyd edək ki, Qüds İslami Vəqflər Şurası keçən həftə Məscidül-Əqsanın koronavirus səbəbiylə Ramazan ayında ibadət üçün açılmayacağını açıqlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 15 102 nəfər koronavirusa yoluxub, 127 nəfər ölüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir rektor işdən çıxarıldı
Şəhid ailələri ilə bağlı daha bir- Qərar
Görün qəhvə insan bağırsaqlarına hansı təsirləri göstərir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı