Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29689
az

Azərbaycanda qadınların virusa daha çox yoluxmasının əsas səbəbi – Baş infeksionist AÇIQLADI

19:1725 Aprel, 2020
506
TİBB
  • A

Azərbaycanda koronavirusa yoluxanların arasında qadınlar çoxdur.

Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanlar arasında qadınlar üstünlük təşkil edir. Koronavirusa yoluxanların 54 faizi qadındır.

Maraqlıdır, niyə qadınlar virusa daha çox yoluxur?

Oxu24.com  Cebhe.info-ya istinadla bildirir ki, açıqlama verən Respublikanın baş infeksionisti Cəlal İsayevin sözlərinə görə, bu faiz o qədər də böyük fərq deyil:

“Əvvəlcə, qeyd edim ki, burada immun sistemi o qədər də vacib rol oynamayıb. Qadınlarda immun sistemi bəlkə də, kişilərdən daha güclü və dayanıqlıdır. Əsas məsələ budur ki, ictimai həyatda qadınlar daha fəaldır, buna görə də onların yoluxma riski daha yüksəkdir. Həmçinin qadınlar daha çox təmasda olurlar. Digər tərəfdən, bu rəqəmlə deyə bilmərik ki, fərq çox böyükdür. Əgər 10-20 faiz artıq yoluxma olsaydı, o zaman böyük fərq olduğunu deyə bilərdik”.

Xatırladaq ki, Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölüm hallarının kişilər arasında daha çox olduğu haqqında məlumat yayıb. Bu say kişilərdə 2,8 faiz, qadınlarda isə 1,7 faiz təşkil edib. Buna səbəb kimi kişilərin daha çox siqaret çəkməsi, daha ağır işlərdə çalışması, həkimə getmək istəksizliyi və qadınlara nisbətən pəhriz seçimlərinə daha az əhəmiyyət vermələri göstərilib.

Məlumat üçün bildirək ki, hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1080 nəfər müalicə olunaraq sağalıb. 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Qeyd edək ki, koronavirus dünyanın 210 ölkəsinə yayılıb. 2,8 milyon insanın yoluxduğu virus 198 min insanın hyatına son qoyub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qusar bələdiyyəsinin sədri həbs olundu