Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29682
az

Brilliantdan Rafael Dadaşov haqqında şok iddia (FOTO)

18:3225 Aprel, 2020
895
  • A

"Mənim göyçək, yaraşıqlı əmimoğlu - Rafael Dadaşov. Bizdən ayrılmağının 40 günü də tamam oldu. Gözümü açandan səni belə yaraşıqlı, düzgün və zəhmətkeş gördüm”.

Oxu24.com  xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova mərhum əmisioğlu, Xalq artisti və "Şöhrət” ordenli aktyor Rafael Dadaşov haqqında xatirələrini sosial media hesabında bölüşərkən yazıb.
 

Brilliant yazdığı statusda 40 gün əvvəl dünyasını dəyişən əfsanəvi sənətkar R.Dadaşov ilə bağlı müəmma doğuran iddia irəli sürüb:

"Sənin qoxun indi də burnumdan getmir. Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinlə öz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər. 

Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər.

Türkiyədən qayıdıb səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir.

Yerinin cənnət olmasını Allahdan diləyirəm. Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. Mərhum sənətkar R.Dadaşov 16 mart tarixində vəfat edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kerimcan Durmaz saxlanıldı- Video
Bu dəfə “bələdiyyə sədri” olacaq- Foto
“Azər əməliyyatından könüllü imtina edib”- Rəsmi açıqlama

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Azərbaycanda DƏHŞƏT:Qollarını doğradı, sonra özünü asdı