Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29656
az

SON DƏQİQƏ! Ağciyər İnstitutunda iki nəfər öldü

13:5625 Aprel, 2020
965
TİBB
  • A

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) iki xəstə ölüb.

Oxu24.com  xəbər verir ki, vəfat edən şəxslərdən biri Gürcüstan vətəndaşı olub. Hər iki ölüm faktı aprelin 23-də qeydə alınıb.

Ölənlərdən biri – 1951-ci il təvəllüdlü xəstə ETACXİ-yə aprelin 11-i saat 00:15-də “İkitərəfli pnevmoniya, ürəyin işemik xəstəliyi, koronar stend, ikinci tip şəkərli diabet, insulin tələbli” diaqnozu ilə çox ağır vəziyyətdə daxil olub və I Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən reanimasion müalicə tədbirləri aparılıb.

Bütün səylərə baxmayaraq, ayın 23-ü saat 19:45-də “kəskin respirator distress sindrom. İkitərəfli pnevmoniya, ağır gedişli. Kəskin tənəffüs çatışmazlığı, III dərəcə. Ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz. Aorto-koronar şuntlama əməliyyatdan sonrakı vəziyyət. Ürək çatışmazlığı 3 f.s. Şəkərli diabet, ikinci tip, insulin tələbli. Diabetik nefropatiya” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Digər şəxs isə 1970 il təvəllüdlü Gürcüstan vətəndaşı olub. Xəstə ayın 23-ü saat 11.50 radələrində ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Dərhal müvafiq şöbəyə yerləşdirilərək zəruri müalicəsinə başlanılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 23.25-də “Kəskin respirator distress sindrom. İkitərəfli pnevmoniya, ağır gedişli. Ürəyin ritm pozgunluğu: paroksizmal ventrikulyar taxikardiya. İkinci tip şəkərli diabet. Sol aşağı ətrafların qanqrenasından sonrakı vəiyyət” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

TƏBİB faktı təsdiq edib. Bildirilib ki, mövcud vəziyyətlə bağlı hər iki xəstədən “COVID-19”la bağlı götürülən test nümunələrinin nəticələri mənfi çıxıb.Oxu.az

Həmçinin oxu;  Bakıda qızdırmayla xəstəxanaya gətirilən şəxs özünü binadan atmaq istədi +ANBAAN VİDEO

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi