Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29610
az

RƏSMİ AÇIQLAMA:  "Yoluxmanın ikinci dalğası baş verə bilər”

23:4124 Aprel, 2020
491
REDAKTORUN SEÇİMİ
  • A

“Karantin rejiminin aradan qaldırılması ilə yoluxmanın ikinci dalğası baş verə bilər”
 

Oxu24.com -un  məlumatına görə, bunu xüsusi karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: O bildirib ki, hazırda bir çox dövlətlərdə sanitar-karantin rejimi təhlil edilərək yumşaldılır:

 “Əhalinin təhlükəsizliyi və sağlamlığı istiqamətində tətbiq olunan məhdudiyyətlərin mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yunmaldılması, karantin rejimindən mərhələli çıxış meanizmləri və strategiyaları hazırlanaraq tətbiq edilməkdədir. Hazırda bir sıra dünya ölkələri, o cümlədən Avstriya, Almaniya, Danimarka, Çexiya və digər ölkələr sərt təcrid rejimindən tədricən mərhələli şəkildə çıxmağı qərarlaşdırıblar. Karantin rejiminin tətbiq olinması ilə əldə edilmiş əks-epidemik nailiyyətin davam etdirilməsi baxımından karanntin tədbirlətinin tədricən nəzatət altında aradan qaldırılması zəruridir”.

Ramin Bayramlı bildirib ki, Operativ Qərargahın tibbi bölməsi ictmai-iaşə obyektləri, ictimai nəqliyyat və digər sahələr üzrə davranış qaydalarını hazırlayır:

 “Öənin bütün dövlət və özəl KİV-ləri, nüfuzlu ictimai xadimləri, sosial media səhiələri, bu istiqamətdə təbliğatı planlı və məqsədyönlü şəkildə həyata keçirməlidirlər. Spot televiziya və radio reklamları, ictimai nəqliyyatda və küçə reklamlarında, iş yerlərində insanlara sosial məsuliyyəti xatırladan posterlərin asılması müamadi xarakterdə olmalıdır”.

Səhiyyə nazirin müavini Viktor Qasımov deyib ki, ölkəmiz infeksiyanı tam olaraq nəzarətə alıb və digər ölkələrlə müqayisədə bizdə itkilər daha azdır:

 “Tətbiq olunmuş ciddi karantin tədbirləri nəticəsində xəstəliyi nəzarət altına salmaq mümkün olmuşdir. Bu karantin tədbirləri dövlət tərəfindən elan olunmuş və eyni zamanda vətəndaşlar da binlara ciddi riayət etmişlər. Bu tədbirlərlə yanaşı paralel olaraq diaqnioztik imkanların çoxaldılması, xəstələrin vaxtında müəlicəyə cəlb olunması, eyni zamanda hər bir xəstə ilə təmasda olan şəxslərin vaxtında aşkar edilib karantinə alınması nəticəsində bunlar baş vermişdir”.

Viktor Qasımov bildirib ki, Koronavirus qeydə alınmış rayonların 25 faizində artıq fəal ocaqlar ləğv edilib. Onun sözlərinə görə 12 rayonda isə koronavirusa yoluxma ocaqları tamamilə ləğv edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda gecə saatlarında dəhşətli anlar:Tutulan və yarlı var
Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
Rəisi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb