Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2961
az

Bakıdakı klinikada bahalı pişik öldü, sahibi təzminat tələb edir

22:5215 İyun, 2018
1789
TİBB
  • A
 Bakı şəhəri, Nərimanov rayon sakini Sevinc Şirinova xarici ölkədən alınıb gətirilmiş Britaniya cinsli bahalı pişiyinin müalicə vaxtı ölməsindən şikayətlənərək Kənd Təsərrüfatı, İqtisadiyyat və Vergilər nazirliklərinə, Azad İstehlakçılar Birliyinə müraciət edib.
Anews.az bildirir ki, bu barədə virtualaz.org-a Birliyin sədri Eyyub Hüseynov məlumat verib. Şikayətçi pişiyin müalicəsinə xərclənən vəsaitin geri qaytarılmasını, həmçinin pişiyin ölümü ilə ailəyə dəyən mənəvi sarsıntının təzminatını tələb edir. "Siver" adlı pişik 4 il əvvəl Kiprdən alınaraq Bakıya gətirilibmiş.
E.Hüseynovun sözlərinə görə, pişik 2015-ci ildən "AARC-Baku" klinikasında müalicə və peyvənd olunub. Sonuncu dəfə bu ayın əvvəlində klinikaya müraciət edilib. Pişiyin sahibi deyir ki, heyvanı İran vətəndaşı olan baytar Seyid İbrahim Şərati müayinə edib, peyvənd edib və qurda qarşı dərman verib. Həmin dərmanlara 61 manat ödənilib. Evə gələndən sonra pişiyin halı pisləşib, təkrar klinikaya qaytarıblar. Hüseynov deyir ki, müalicə üçün pişik klinikada saxlanılıb, buna görə klinikaya 105 manat, gecə pişiyin yanında qalıb ona baxılması üçün əlavə 20 manat ödənilib. Ertəsi gün pişik ölüb. Həkim peyvənd və dərmana görə pişikdə reaksiya getdiyini etiraf edib. Şikayətçi ayrıca pişiyin cəsədinin zibil sellofanına bükülməsindən də narazı qalıb, heyvan adyala bürünərək evə gətirilib və basdırılıb.
Şikayətçi pişiyə xərclənmiş pulun geri qaytarılmasını, heyvanın ölümü ilə ailəyə vurulan mənəvi zərərə görə təzminat ödənilməsini tələb edir.
Klinikadan isə qarşı tərəfin iddialarına cavab vermək istəməyiblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb