Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
295
az

“Facebook Messenger”də yazışmalar izlənilir

23:0505 Aprel, 2018
1095
MANŞET
  • A
 Facebook Messenger”də istifadəçilərin paylaşdığı linklər və şəkillər yoxlanılır. Eyni zamanda  moderatora şikayət daxil olduqdan sonra yazışma təhlil olunur və şirkətin qaydalarını pozan istifadəçinin hesabı ən yaxşı halda bloklanır, ən pis halda isə ümumiyyətlə bağlanır.

Oxu24.com "Bloomerg”ə istinadən xəbər verir ki, şirkət rəhbərliyi belə bir praktikanın mövcud olduğunu təsdiqləyib.

Sosial şəbəkənin təsisçisi bu yaxınlarda verdiyi müsahibələrin birində, "Messenger”də Myanmada müsəlmanlara qarşı etnik təmizləmə ilə əlaqədar "sensasiyalı məlumatların” ötürüldüyünü faktının aşkarlandığını bildirib. Onun sözlərinə görə "Facebook” sistemi bu məlumatları bloklayıb.

Zukerberqin bu bəyanatı  bir sıra istifadəçilərin narahatçılığına səbəb olub. Onlar sosial şəbəkənin yazışmaları nə dərəcədə təfsilatlı şəkildə təhlil etdiyi sualını verib.

Şirkət rəhbərliyi bildirib ki, burada söhbət məlumatları skan edən alqoritmdən gedir. Eyni alətdən sosial şəbəkədə postların kontentinin "Facebook” qaydalarına uyğunluq baxımından  avtomatik yoxlanılmasında istifadə olunur.

"Məsələn, siz "Messenger”lə şəkil göndərdikdə, bizim sistem avtomatik onu skan edir və alqoritm deyək ki, uşaqların cinsi istismarı ilə bağlı bazada olan şəkillərlə uyğunluğun olub olmadığını yoxlayır. Siz linklər göndərdikdə, biz həmin saytlarda virusun olub-olmadığını yoxlayırıq” deyə "Facebook” rəhbərliyinin nümayəndəsi bildirib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
Azərbaycanda güclü YANĞIN: xəsarət alan var
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ -FOTO

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qardaşlardan biri davada öldürüldü