Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29436
az

Səhiyyə Nazirliyindən peyvənd olunacaq uşaqların valideynlərinə XƏBƏRDARLIQ

14:5223 Aprel, 2020
638
REDAKTORUN SEÇİMİ
  • A

Aprelin 20-dən başlayan və 26-da başa çatdırılacaq "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir.

Oxu24.com  Trend-ə istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyevanın sözlərinə görə, "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvənddən kənarda qalan uşaqlar peyvəndlənməyə cəlb ediləcəklər:

“Bunun üçün uşaqlar tibb müəssisəsinə gətirilməlidir. Valideynlər SMS-lə icazə alaraq, tibb müəssisəsinə gəlməlidirlər. Tibb müəssisələri də peyvənd otaqlarında tələb olunan şəraiti yaradaraq valideynləri telefonla dəvət etməlidir”.

A.Əliyeva qeyd edib ki, tibb müəssisələrinin məsul işçiləri valideynlərlə telefonla əlaqə saxlayaraq uşaqlarda hərarət və digər xəstəlik əlamətlərinin olub-olmadığını öyrənməlidirlər. Belə uşaqlar olarsa, onların tibb müəssisəsinə dəvət edilməsinə ehtiyac yoxdur.

Direktor müavini peyvəndə tam sağlam uşaqların cəlb edilməsini də vacib sayıb:

“Tibb müəssisəsinə dəvət edilən uşağın ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmalı deyil. Əgər uşaq sağlamdırsa, ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmayıblarsa, onda uşağı peyvənd etdirmək üçün tibb müəssisəsinə gətirmək olar”.

Mərkəz rəsmisi əlavə edib ki, sıxlıq yaranmasın deyə, valideynlər tibb müəssisələrinə növbə ilə dəvət edilməlidirlər:

“Eyni saata düşən valideynlərin sayı 10 nəfərdən çox olmamalıdır. Peyvəndə gələn valideynlər də bir nəfər uşaqla gəlməlidirlər ki, insanların təması azalsın”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heyvanları incidənlərə bəd xəbər
Azərbaycan elminə ağır itki baş verib
"Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur" - Şəmsi Vəfadar

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı