Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29239
az

“600 min nəfərə uzun müddət müavinət verilsə, dövlət büdcəsində pul qalmaz” – Sərdar Cəlaloğlu

21:3920 Aprel, 2020
791
MÜSAHİBƏ
  • A

“Hökumət yaxın vaxtlara qədər ölkədə 5-6 min işsiz olduğunu deyirdi, indi 600 min nəfərə müavinət verməyə məcbur olub”.

 

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə karantin rejiminin uzadılmasına münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Sərdar Cəlaloğlu bildirib ki, işsizliklə bağlı statistika ölkədəki real vəziyyətin necə olduğunu göstərir:

“Əgər Azərbaycandan qat-qat ağır vəziyyətdə olan ölkələrə baxsaq görərik ki, onlarda nə qədər ciddi özünütəcrid rejimi olsa da, indi çalışırlar mərhələli şəkildə bunu yumuşaltsınlar.

Çünki ölkəni uzun müddət bu vəziyyətdə saxlamaq olmaz. Bu, hətta dövlətin çökməsinə gətirib çıxara bilər. O baxımdan, əgər hökumətin açıqladığı statistika dəqiqdirsə, karantin rejiminin mayın 4-ə qədər uzadılmasının mənasını başa düşmək olmur.

Azərbaycanda karantin rejiminin bu qədər uzadılmasına heç bir əsas yoxdur. Sadəcə, küçələrdə sanitar-epidemoloji nəzarəti gücləndirməklə, evdə qalmaq tələbini yumuşaltmaq lazım idi. Ticarət, əyləncə, istirahət yerləri bağlı saxlanmalıdır. Çünki vətəndaşların ən çox ehtiyatsız davrandıqları yerlər məhz o məkanlardır. Orada yoluxma riski böyükdür.

İş yerlərini və məktəbləri açmaqla, işçilərdən, müəllimlərdən, şagirdlərdən qaydaları gözləməyi tələb etmək lazımdır. Hökumətin verdiyi qərarda deyilir ki, məktəblər açılacaq. Məktəblər açılana qədər gərək müəllimlərin evdən çıxıb, məktəbə getməkləri üçün rejim yumuşaldılsın. Rejimin kəskin şəkildə dəyişdirilməsinin çox ağır nəticələri ola bilər”.

Karantin rejiminin aradan qaldırılması yolları barədə danışan ADP sədri qeyd edib ki, ən optimal variant mərhələli yoldur:

“Evdə qalmağın bütün şərtlərini küçəyə çıxmaqla əvəz etmək lazımdır. Küçədə sosial məsafəyə əməl etməklə, vəziyyəti tədricən sabitləşdirmək mümkündür. Kənd təsərrüfatında əkin-biçin vaxtıdır. Əgər bu vəziyyət mayın axırına qədər davam edərsə, o halda dövlət kənd təsərrüfatı sektorunda olanlara ilin axırına qədər yardım etməli olacaq. Çünki onlar əkə bilməyiblərsə, məhsul da olmayacaq, yaşaya bilməyəcəklər.

600 min nəfərə uzun müddət müavinət verilsə, dövlət büdcəsində pul qalmaz. Ola bilsin ki, kimlərsə əhaliyə ayrılan pulların bir hissəsini korrupsiya yolu ilə mənimsəmək istəyir, ona görə də bu rejimin uzadılmasına təsir göstərirlər. Ancaq başa düşmürlər ki, bununla ölkə iqtisadiyyatını və dövlətin varlığını çox böyük risk altına atırlar.

ADP sədrinin fikrincə, karantin rejiminin ölkə ərazisini bütövlükdə əhatə etməsi doğru deyil:

“Azərbaycanda epidemiyanın yayılması bölgələr üzrə eyni deyil. Əgər eyni deyilsə, ölkənin bütün ərazisində karantin rejimi elan etməyə nə ehtiyac var? Məsələn, Zaqatalada, Balakəndə virus yoxdursa, o rayonlarda nəyə görə karantin rejimi təbiq edilməlidir?

Əgər Lənkəranda və ya başqa yerdə epidemiya varsa, bəli, orada karantin rejimini iyula qədər də uzatmaq olar. Ancaq yenə deyirəm, karantin rejimi uzadıldıqca, iqtisadiyyatımız zəifləyəcək, suverenliyimizə təhdidlər artacaq.

Eyni zamanda, dövlət idarəetməsində ciddi probeləmlər meydana çıxa bilər. Epidemiyadan sonra dünyada kataklizmlərin baş verəcəyi istisna edilmir.

Hökumət bunu mütləq nəzərə almalı və karantin rejimini təcili ləğv etməlidir. Baxın, bəzi sektorlarda iş davam edir, bəzilərində yox. Tikinti sektoru işləyir, maşınyuma məntəqələri fəaliyyət göstərir, ancaq siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılır.

Görünən budur ki, bəzilərinin əlləri yuxarı dairələrdə kimlərəsə çatıb və onlar qadağanın tələblərindən kənarda qalıblar. Bu kimi hallar əks nəticələrə səbəb olacaq. İndiki halda əsas hədəf ölkə əhalisinin sağlamlığıdır. Yoxsa indiki dalğada şəxsi maraqlar və korrupsiya güdülərsə, bu, ölkəyə pandemiyadan daha ağır ziyan vuracaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi